( 21 Rəbiüləvvəl1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:00 07:23 12:25 17:44 00:00
Türkiyədə Quran hafizlərinin sayı 150 min nəfəri ötdü

Türkiyədə Quran hafizlərinin sayı 150 min nəfəri ötdü

Türkiyənin "Müshəflər Müəssisəsi"nin rəisi Osman Şahin bu ölkədə Quran hafizlərinin sayının 150 min nəfəri ötdüyünü bildirib.

Türkiyə Dini İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "Müshəflər Müəssisəsi"nin rəisi Osman Şahin bu ölkədə 1971-ci ildən indiyədək Quran əzbərləyənlərin sayının 150 min nəfəri keçdiyini elan edib.

Osman Şahin Malatiya əyalətinin Daran şəhərində Quranı yeni əzbərləmiş 18 kişi və 10 qadının hafizlik şəhadətnaməsinin verilməsi mərasimində (5 Oktyabr 2019) "Darul-Fətava" mərkəzinin Quran Hifzi Müəssisəsinin Quranın hifzi məsələsində rolunu təqdirə layiq hesab edib.

O, Türkiyədə Quran hafizlərinin sayını digər İslam ölkələri ilə müqayisədə cəmiyyətinin sayına görə kafi hesab etməyib və Quran hafizlərinin sayının çoxalması üçün daha ciddi çalışmağın zəruri olduğunu vurğulayıb.