( 8 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Türkiyə dünyanın 80 ölkəsinə Quran hədiyyə edib

Türkiyə dünyanın 80 ölkəsinə Quran hədiyyə edib

Türkiyənin Diyanət İşləri Bakanlığı dünyanın 80 ölkəsində ehtiyaclı insanlara bir milyon nüsxə Qurani-Kərim hədiyyə edib.  

Bu barədə ötən gün (5 Yanvar 2021) Türkiyə Diyanət İşləri Bakanlığının Qəyyumlar Şurasının sədr müavini Ehsan Açıq məlumat verib.

Ehsan Açıq deyib: Türkiyə Diyanət İşləri Bakanlığının 2105-ci ildə başladığı "Mənim Hədiyyəm Quran Olsun" layihəsi çərçivəsində indiyədək dünyanın 80 ölkəsində ehtiyaclı müsəlmanlara bir milyon nüsxə Quran hədiyyə edilib.

O əlavə edib: Bu layihə 2015-ci ildə bütün dünya xalqlarına Quranın səsi və sözünü çatdırmaq hədəfi ilə başladılıb və indiyədək davam edir.

Ehcan Açıq vurğulayıb: Biz dünyanın 20 dilində Qurani-Kərimin tərcüməsi, çapı və nəşrinə nail ola bilmişik. Və dünyanın 80 ölkəsinə 977 min 101 Quran nüsxəsi göndərmişik.