( 1 Şəvval1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Səudiyyənin Mədinə Müshəfi yeniləndi

Səudiyyənin Mədinə Müshəfi yeniləndi

"Mədinə Müshəfi"nin aplikasiyasının yeni nüsxəsində bir sıra imkanlar əlavə edilib və ya inkişaf etdirilib.

Müshəfin yeni versiyasında Quranda surəsnin adı, söz və ayə və ya surənin sayı ilə axtarış etmək, oxunan yeri nişanlamaq, "night mode" (az işıqlı gecə rejimi) və sosial şəbəkələrdə paylaşmaq imkanı yaradılıb.

Nüsxəyə gündəlik, həftəlik və aylıq tilavətləri izləmək, səhifə, surə, hizb və cüzlərdən bir-birinə keçid imkanları əlavə edilib.  

Qeyd edək ki, "Mədinə Müshəfi" aplikasiyası Həfsin rəvayəti, Quranın müxtəlif 4 qiraəti və təfsiri əsasında hazırlanmışdır.