( 2 Səfər1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Savadsız qoca nənə 25 ilə Quranı əzbərlədi

Savadsız qoca nənə 25 ilə Quranı əzbərlədi

Quranı 25 ilə əzbərlədiyi üçün keçən həftənin Şənbə günü, 1 Avqust 2020-ci il, şadlıq və sevinc mərasimi təşkil edən xanımın adı xəbər qaynaqlarında açıqlanmayıb.

Yazmaq və oxumaq savadı olmayan yaşlı qadın Bədii şəhərinin "Meymunə" Quran Öyrənciləri Mərkəzində Quranı hifz etməyi öyrənib. O, bunun üçün müxtəlif qarilərin səslərini dinləmək və təkrarlamaq metodundan istifadə edib.

Əflac əyalətinin Quran Hafizləri Cəmiyyəti xanıma dəyərli hədiyyələr və 5 min riyal pul mükafatı verib.  

Qeyd edək ki, Əflac Quran Hafizləri Cəmiyyəti indiyədək 80 min Quran hafizi məzun edib. Hazırda isə bu mərkəzdə 2 min nəfər qadın və kişi Quran öyrənir. Həmçinin cəmiyyətin 4 baş ofisi və xanımlar üçün 19 Quran təlimi mərkəzi var.