( 21 Rəbiüləvvəl1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:00 07:23 12:25 17:44 00:00
Sabah Mərakeşdə 15-ci beynəlxalq Quran yarışları başlayır

Sabah Mərakeşdə 15-ci beynəlxalq Quran yarışları başlayır

Sabah, həftənin Bazar günü, 27 Oktyabr 2019-cu il, Mərakeşdə 15-ci beynəlxalq Qurani-Kərim yarışları başlayır.

Qurani-Kərimin hifzi, tərtil ilə tilavəti, təcvid və təfsir ixtisasları üzrə keçirilən və "VI Məhəmməd mükafatı" adlanan bu yarış Noyabr ayının 6-dək davam edəcək.

Mərakeşin Kazablanka şəhərində keçiriləcək bu yarışda dünyanın 55 ölkəsinin nümayəndəsi Qurani-Kərimin kamil hifzi (tərtil tilavəti ilə), 57, 58, 59 və 60-cı hizblərinin təfsiri (sözlərin təfsiri mənası və nüzul səbəbləri)  və 5 hizbin təcvid ilə hifzi ixtisasları üzrə rəqabət edəcəklər.