( 14 Rəbiüləvvəl1445 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Qurani-Kərimi tam 140 günə yazdı – FOTO

Qurani-Kərimi tam 140 günə yazdı – FOTO

Misirli 51 yaşlı sənətkar və müəllim Həmdi Buhravi xəttatlıq sənəti ilə Qurani-Kərimi 140 günə yazıb.

xəbər verir ki, Həmdi Buhravi Dexeila şəhərinin Şəhid Mustafa Vətidi adına ibtidai məktəbdə ərəbcə xəttatlıq müəllimi işləyir. O, bu sahədə Qurani-Kərimi yazmağın çətinliyi haqqında böyüklərin xəbərdarlıqlarına baxmayaraq, ərəbcə xətt sənəti sahəsində təcrübələrini istifadə edərək bunu həyata keçirməyə başlayır. O, ancaq xəyallarını reallaşdırmaq məsələsində israr edərək, Quranı yazmağa davam edir. Nəhayət 30 sm eni və 40 sm uzunluğunda Qurani-Kərimi xətt sənəti ilə yazmağı 140 günə tamamlya bilir.

Həmdi Buhravi bu işdə ailəsinin ona böyük dəstək verdiyini bildirib. O, kiçik Quranın yazmağı başa çatdırdıqdan sonra həcmi böyük olan Quranı yazmağa başladığını və 12 cüzün yazılışını 7 aya başa çatdırdığını söyləyib.

O, müqəddəs kitabın yazılışını başa çatdırdıqdan sonra, onu nəzərdən keçirilməsi üçün Misirin Əl-Əzhər universitetinə aparıb. Təsdiq olunduqdan sonra, ondan bir nüsxəni Misirin Vəqflər Nazirliyinə təqdim edib.