( 18 Zilhiccə1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Qiyamətdə üzüağ və üzüqara olanlar

Qiyamətdə üzüağ və üzüqara olanlar

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 106-107-ci ayələrində buyurur:

 

يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ. وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ

 

“(Qiyamət) bir gündür ki, bəzi üzlər ağ, bəzi üzlər qara olar. Üzü qaralanlardan (soruşular:) “İman gətirdikdən sonra küfr etdinizmi? Onda küfr etdiyiniz üçün əzabı dadın.” Amma üzü ağ olanlar Allahın rəhmətinə qərq olub orada əbədi qalarlar.”

Qiyamətdə insanların üzüağlığı və üzüqaralığı əslində dünyadakı hal və ruhiyyələrinin təcəssümüdür. Dünya həyatında Allah vilayətini qəbul edənləri Allah zülmətlərdən nura çıxarır. Onlar həmin gün nurani çöhrə ilə görünərlər. Amma zalım hakimlərin vilayətinə tabe olanları həmin hakimlər nurdan həvəs, təfriqəy, şirk, cəhalət zülmətlərinə sövq edirlər. Onlar Qiyamətdə zülmət içində məhşur olarlar.

Quranda on altı dəfə imandan sonra küfr, iki dəfə İslamdan sonra küfr, üç dəfə Allaha pərəstişdən sonra buzovpərəstlik, iyirmi yeddi dəfə elm və aşkar dəlildən sonra küfr (inkar) mövzuları bəyan olunmuşdur. Bütün bu hallar bizi dindən çıxmağın təhlükələrindən xəbərdar edir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 106-107-cı ayələrin təfsiri.)

Maide.Az