( 18 Zilhiccə1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Qiyamət günü çalınacaq sur ...

Qiyamət günü çalınacaq sur ...

Qiyamətin necə , nə şəkildə , nə zaman və harda olunacaqı heç bir insana məlum deyildir , ama insanlara Haqq hesab meydanına çağırmaq üçün Allah bir mələk seçmişdir .

- Bəs niyə mələk ?

Uca Allah mələkləri yalnız Ona ibadət etmələri və Onun əmrinə tabe olmaları üçün yaratmışdır.
Uca Allah buyurur:
«Onun dərgahında olanlar (Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər». (əl-Ənbiya, 19 - 20).

- Suru hansı mələk çalacaq ?

Suru çalacaq olan mələk dini ədəbiyyatda 4 böyük mələkdən biri hesab edilən İsrafil mələkdir . Onun vəzifəsinin Qiyamət günü sura üfürmək olduğu bildirilir.

Quranda İsrafil sözü yoxdur; başqa sözlə, bu mələyin adı Quranda qeyd olunmur. Lakin onun nə iş görəcəyi barədə (sura üfürmək, suru çalmaq) məlumat var.

- Bəs niyə İsrafil mələk ?

Suru çalacaq olan mələyin İsrafil olmasının səbəbi budurki , Allah ilk insan olan Adəmə səcdə edin dedikdə orada olan bütün mələklərdən ilk öncə səcdə edən İsrafil mələk olmuşdur və bunun üçündə suru çalacağ olan mələk , İsrafil mələkdir

- Sur çalınanda nə olacağ ?

Qiyamətin qopacağından söz açan ayələr kainatda böyük bir kosmik dəyişikliyin baş verməsinə səbəb olan bu hadisənin sura 1-ci dəfə üfürülməsi ilə başlayacağını bildirir.

“ Sur bircə dəfə üfürüləcəy , Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman , Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! , Və (göy) süst düşüb parçalanacaqdır . “ ( Haqqə , 13-16 )

Bəzi mənbələrə görə isə 1ci sura üfürmə ilə , 2ci arasında olan zaman 40 il olduğu təxmin edilir .

2-ci üfürmə ilə (2-ci dəfə çalma) də hamının dirilib məhşərə getməyə hazır olacağı ifadə olunur.

-QURANSEVERLER