( 4 Şəban 1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Qədim Quran nüsxəsi təmir və bərpa edildi

Qədim Quran nüsxəsi təmir və bərpa edildi

Həzrət Əbulfəzl Əbbasın (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Əlyazma Nüsxələrin Bərpası Mərkəzi"nin direktoru Leys Lütfi hicri-qəməri tarixi ilə altıncı əsrə aid olan bu nadir Quran nüsxəsinin bərpa edilməsi prosesini təfərrüatı ilə danışaraq deyib:

"Bu nüsxə hicrinin altıncı əsrinin sonlarında yazılıb. Qədim xətt ilə kitabət edilmiş nüsxədə surələrin adları zəfəran və ayələr qara mürəkkəblə yazılmışdır. Səhifələrin kənarları gül şəkilləri ilə bəzədilmişdir.

O əlavə edib: Nüsxənin bərpası zamanı öncə vərəqlərin cırılması, müshəfin üz qabığında nöqsanın olmaması halları dəqiq yoxlanılır, sonra nüsxənin bərpasına başlanılır. Xarab olmuş səhifələr yüksək keyfiyyətli kağız və təbii yapışdırıcılarla yapışdırılır. Sonra vərəqlər pambıq saplarla bir-birinə tikilir. Sonda isə təbii dəridən hazırlnnamış üz qabığı nüsxənin üzünə çəkiilir.

Leys Lütfi vurğulayıb: Bu nüsxə bərpa edildikdən sonra Həzrət Abbas (ə) hərəminin kitabxamasında dəmir seyfdə yerləşdirilib. Bu nadiq Quran nüsxəsinin istifadə zamanı xarab olmasının qarşısını almaq üçün ekektron nüsxəsi də hazırlanıb.