( 14 Rəbiüləvvəl1445 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Pakistanda ayı izləmək üçün yeni rəsədxana açılır

Pakistanda ayı izləmək üçün yeni rəsədxana açılır

Mübarək Ramzan ayının astanasında Pakistanın paytaxtı İslamabad şəhərində ayının hərəkət, istiqamət və ölçüsünü dəqiq izləmək üçün yeni rəsədxana təsis edilib.

Yeni təsis edilmiş ay rəsədxanası 2021-ci ilin Aprel ayının 12-də istifadəyə veriləcək.

Rəsədxananın açılış mərasimində Pakistanın Elm və Texnologiya Naziri Fuad Çudəri iştirak edəcək.

Pakistanın tarixi anım binasının qarşısında tikilən rəsədxana ayının hərəkət, istiqamət və ölçüsünü izləmək və İslami münasibətlərin dəqiqləşdirilməsi üçün təsis edilmişdir.

Rəsədxananın ən yeni xəbərlərini anında cəmiyyətə çatdırmaq üçün "The Ruet" mobil proqram təminatı da yaradılıb. Proqram istifadəçiləri ayın görünmə zamanı, istiqamət və hərəkəti barədə hər an dəqiq məlumat əldə edə biləcəklər.

Pakistanın Elm və Texnologiya Naziri Fuad Çudəri ölkənin ayı izləmə komitəsinin rəisi Mövlana Əbdülxeyir Azad ilə görüşündüə vurğulayıb: Çalışırıq ki, Ramazan ayının başlanmasının təyin və Fitr bayramının elan edilməsi məsələsində elm və texnologiya ilə birgə hərəkət edək