( 4 Şəban 1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
 Misrdə Quran yarışları başlayıb

Misrdə Quran yarışları başlayıb

 6 Mart 2020  Misrin "Port Səid" şəhərinin mədəniyyət mərkəzində 3-cü beynəlxalq Qurani-Kərim yarışları öz işinə başlayıb.

"əl-Yəvm əs-Sabe" informasiya portalının verdiyi xəbərə görə, yarışlarda xanımlar və kişilər Qurani-Kərimin qiraəti, hifzi, "dini təvaşih" (ilahi nəğmə) və "ibtihal"ı (nəğməli münacat) üzrə rəqabət aparacaqlar.

Misrin məşhur "mübtəhil"i (ibtihal oxuyan) Şeyx Seyyid Nəqşbəndinin adına keçirilən bu yarışlarda dünyanın 41 ölkəsinin nümayəndələri iştirak edir. İştirak edən ölkələrin 32-i Afrika ölkəsidir.