( 21 Rəbiüləvvəl1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:00 07:23 12:25 17:44 00:00
London muzeyində Osmanlı dövrünə aid Quran tablosu sərgiyə çıxarılıb

London muzeyində Osmanlı dövrünə aid Quran tablosu sərgiyə çıxarılıb

İngiltərənin London şəhərinin muzeylərindən birində Osmanlı imperiyası dövrünə aid Quran tablosu sərgiyə çıxarılıb.

Britaniya muzeyində sərigəyə çıxarılan və 19-cu əsrə aid olan bu tabloda Quran oxuyan bir qızın rəsmi təsvir edilib.

Osmanlı dövrünün rəssamı Osman Həmdibəyin əsəri olan bu rəsm əsərini London muzeyi Malaziyanın İslami İncəsənət muzeyindən 7 milyon 400 min dollara alıb.

İslami bir fəzada İslami memarlıq və Osmanlı dini geyimini dəqiq xüsusiyyətləri ilə göstərən bu rəsm əsəri 1880-ci ildə çəkilib.

Bu əsər London muzeyinin "Şərqdən İlham almış; İslam dünyası Qərb mədəniyyətinə necə təsir qoydu" bölməsində nümayiş edilib.

Həmdibəyin bu əsəri Qərb və Şərq mədəniyyətinin əlaqələrini gözəl ifa edib.