( 21 Rəbiüləvvəl1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:00 07:23 12:25 17:44 00:00
Küveytdə xanımlar üçün işarə dili ilə Quran hifzi kursları

Küveytdə xanımlar üçün işarə dili ilə Quran hifzi kursları

Küveytdə Quran hafizi olan xanımlar üçün işarə dilinin əsasları kursları keçirilir.

Küveytin "əl-Mənabir" Quran Birliyinin təşəbbüsü ilə keçirilən bu kurslar ikinci dəfədir ki, təşkil olunur.

İşarə dilinin ikinci səviyyəsinin təlimi üçün təşkil edilmiş bu kurslar Oktyabr ayının 1-dən başlayıb və 15-dək davam edəcəkdir.

Xüsusi insanlar üçün (eşitmə və danışmaq qüsuru olanlar) təşkil edilmiş bu kurslarda dərslər Küveytin "Məvahibul-Qülub" layihəsinin rəhbəri və işarə dili tərcüməçisi Məha Əbdüləziz Həmdan tərəfindən tədris ediləcəkdir.  

Küveytin "əl-Mənabir" Quran Birliyinin idarə şurasının rəis müavini Məhəmməd Şati bildirib: "əl-Mənabir" Quran Birliyi həmişə Quran fəallarının yetişdirilməsi üçün çalışıb. Bu kurslar da Quran elmlərinin və Quran maarifinə xidmət istiqamətində atılmış addımdır. Bu kurslarda eşitmə və danışmaq qüsuru olan insanlara Quran və dinin zəruri məsələlərini öyrətmək istəyən Quran aktivistlərinə işarə dili öyrədilir. Kursların 8 ay öncə keçirilən birinci pilləsində 12 qadın iştirak etmişdi.