( 21 Rəbiüləvvəl1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:00 07:23 12:25 17:44 00:00
Kiyevdə Quran hafizlərinin müsabiqəsi keçiriləcək

Kiyevdə Quran hafizlərinin müsabiqəsi keçiriləcək

 

Musabiqədə Ukryna vətəndaşı olan müsəlman qadın və kişilərlə yanaşı keçmiş SSRİ-yə daxil olan respublikaların və uzaq xarici ölkələrin vətəndaşları da  iştirak edə bilərlər. 

 

Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, İştirakçılar Qurani Kərimi əzbərdən söyləmə və rəvan oxuma məharətini göstərəcəklər. 

 

Noyabrın 9-10 da davam edəcək tədbirdə iştirakçılar beş nominasiya üzrə yarışacaqlar:-Quranı tamam xətm etmək, 15, 10, 5, 2 cüzlərin əzbər oxunması.

 

Tələbkar münsif  heyəti iştirakçıları Qurani Kərimin əzbərdən, rəvan oxunuşu ilə yanaşı ayələrin mənasını anlamaq və başqalarına  öyrətməyə hazır olmaları baxımından da qiymətləndirəcək. 

 

Qeyd edək ki, Ukraynada hər il ənənəvi olaraq minlərlə müsəlman bu yarışmada iştirak edir.

 

Münsiflər heyətinə isə dünyada məşhur olan qarilər dəvət edilir.