( 18 Zilhiccə1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Kəbə - ilk ibadət evi

Kəbə - ilk ibadət evi

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 96-cı ayəsində buyurur:

إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ

“Həqiqətən, xalq üçün təyin olunmuş ilk (ibadət) evi Bəkkədəki evdir. O, aləmlər üçün bərəkət və hidayət mayasıdır.”

Xalqın izdiham məhəlli “bəkkə” adlanır.

Bəni-İsrailin iradlarından biri bu idi ki, nə üçün müsəlmanlar Beytül-Müqəddəsin miladdan min il qabaq Həzrət Süleyman (ə) tərəfindən tikildiyini bildikləri halda, onu bir kənara qoyub Kəbəni qiblə seçmişlər. Ayədə onlara cavab olaraq buyurulur: “Kəbə ilk gündən ilk ibadət evi olub və o, hər yerdən qədimdir.”

İmam Sadiq (ə) ayədə işlənən “ilkin ev” təbiri haqqında buyurmuşdur: “Məkkə əhli Kəbədən sonra bu yerə toplaşdığı üçün Kəbə daha əvvəlki sayılmalıdır.”

Ona görə də Məscidül-həramı genişləndirmək məqsədi ilə Kəbə ətrafındakı evləri uçurmaq olar. (“Vəsailuş-şiə”, c.12, səh.17.)

“Əl-mizan” da yazılır: Yerin Kəbədən genişləndirilməsi haqqında rəvayətlər çoxdur. Bu fikrə qarşı heç bir dəlil yoxdur və bu, Quranla da zidd deyil. (“Kafi”, c.4, səh.189.)

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 192-ci xütbəsində buyurur: “Allah Adəmdən başlamış dünya əhlinin son nəfərinədək bütün xalqı Kəbə daşları ilə sınayar.”

İmam Baqir (ə) buyurmuşdur: “Həzrət Adəm, Həzrət Süleyman və Həzrət Nuh da Kəbə ətrafında həcc əməllərini yerinə yetirmişlər.” (“Təfsiri-bürhan”, c.1, səh.300.)

Quranda Kəbə müxtəlif şəkillərdə yad olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq:

Kəbə ilk evdir; (“Ali-İmran”, 96.)

Kəbə xalqın qiyam mərkəzidir; (“Maidə”, 97.)

Kəbə maliksiz azad evdir; (“Həcc”, 29.)

Kəbə ictima məhəlli, xalqın əmin-aman evidir. (“Bəqərə”, 125.)

Bildirişlər

1. Kəbə xalqın ibadət və duası üçün bünövrəsi qoyulmuş ilk evdir.

2. Kəbənin xeyir və bərəkəti təkcə möminlər üçün yox, hamı üçündür.

3. Xalqın olması Kəbə üçün bir dəyərdir.

4. Kəbə xalqın hidayət mayasıdır.

(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 96-cı ayənin təfsiri.)

Maide.az