( 8 Rəbiüləvvəl1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
İslam Dünyasının Quran Hifzi Ali Heyətinə yeni rəis təyin edildi

İslam Dünyasının Quran Hifzi Ali Heyətinə yeni rəis təyin edildi

Mərkəzi qərargahı Səudiyyə Ərəbistanında yerləşən İslam Dünyası Beynəlxalq Şurasının Quran Hifzi Ali Heyətinə yeni rəis təyin edilib.

Bu vəzifəyə Misrin televiziya və radiosunun məşhur qarisi və beynəlxalq dərəcəli qiraət ustadı Şeyx Əbdülfəttah Taruti seçilib.

Əsas hədəfi Quran təfəkkürünün dünyada yayılması olan İslam Dünyası Beynəlxalq Şurasının Quran Hifzi Ali Heyəti dünyadakı bütün Quran fəaliyyətlərini yaxından izləyir.

Şeyx Taruti 1965-ci ildə Misrin Şərqiyyə əyalətinin Zəqaziq şəhərinin Tarut kəndində anan olub. Üç yaşında Quran mədrəsəsinə gedən və Şeyx Əbdülməqsud Seyid Nəccarın elmi tərbiyəsi ilə böyüyən Əbdülfəttah Qurani-Kərimi 8 yaşında kamil əzbərləyə bildi.

O, daha sonra təhsilini davam etdirmək üçün Zəqaziq şəhərində əl-Əzhərin təlim mərkəzinə və "Üsuluddin" universistetinə qəbul olur. Şeyx Səid Əbdüssəməd, Şeyx Məhəmməd Leysi, Şeyx Şəhat Ənvar və Şeyx Məhəmməd Həlil kimi ustadlardan dərs alır.  

Taruti dünyanın müxtəlif yerlərində, o cümlədən Amerika (1996), İspaniya (2000) və digər ölkələrdə Quran proqramları icra edib.

Şeyx Taruti Quran öyrənən şagirdlər tərbiyələndirməkdə və digər Quran fəliyyətlərində əvəssiz xidmət göstərdiyi üçün Dünyası Beynəlxalq Şurası tərəfindən Quran Hifzi Ali Heyətinin rəisliyinə seçilib.