( 8 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
İraqın müxtəlif bölgələrində Quranla üns məclisi keçirilir - Foto

İraqın müxtəlif bölgələrində Quranla üns məclisi keçirilir - Foto

Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran İdarəsi tərəfindən İraqın müxtəlif bölgələrində beynəlxalq qarilərin iştirakı ilə Quranla üns məclisləri təşkilib edilir.

Bölgələrdəki imamzadə ziyarətgahları və müqəddəs məkanlar Quranla üns məclislərinin keçirilməsində Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsi ilə həmkarlıq edirlər.

Bu dəfə isə Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin "Vəhy Kəlamının Qiraət Məsclisləri" silsilə proqramları çərçivəsində İraqın Diyalə əyalətinin Bəqubə şəhərinin "Muradiyyə Zəhavi" regionunda yerləşən Abdullah bin İmam Hadi Əli ən-Nəqinin (ə) müqəddəs ziyarətgahında Quranla üns məclisi keçirilib.

Kərbəla və Diyalənin beynəlxalq qarilərinin, o cümlədən Fəllah Züleyf və Adil Kərbəlayinin Quran tilavət etdikləri məclisdə Quran fəalları və dini şəxsiyyətləri iştirak ediblər.