( 13 Zilqədə1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
İranlı qari Məfaza yarışının qalibi oldu

İranlı qari Məfaza yarışının qalibi oldu

Bu yarışlarda İran İslam Respublikasının nümayəndəsi Yusif Cəfərzadə birinci, Əfqanıstanın nümayəndəsi Qulamrəsul Əbbasi ikinci və İraqın nümayəndəsi Mustada Əbdüssadə üçüncü yerləri qazanıblar.

Yarışların dördüncü və beşinci yerlərini isə Pakistandan Həsən Əli və Bəhreynli Mustafa Əskafi paylaşıblar.

Qeyd edək ki, beynəlxalq "Məfaza" (innə lil muttəqinə məfaza) Qurani-Kərim yarışları İslam dünyasının televiziya üzərindən keçirilən ən böyük Quran yarışıdır.

Bu yarışlar artıq 13 ildir ki, "əl-Kövsər" peyk televiziya kanalının vasitəsi ilə hər il mübarək Ramazan ayında keçirilir. Dünyanın müxtəlif ölkələrindən olan Quransevərlər bu yarışlara telefon və ya skayp vasitəsi ilə canlı yayımda qoşularaq Quran tilavət edirlər.