( 1 Şəvval1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
İmam Əlinin (ə) hərəmi virtual Quran dərsləri təşkil edib

İmam Əlinin (ə) hərəmi virtual Quran dərsləri təşkil edib

İmam Əlinin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Quran Mərkəzinin təşkil etdiyi virtual təlim kurslarına 510 nəfər qatılıb.

Quran.imamali.net informasiya portalının verdiyi xəbərə görə, koronavirusla mübarizə çərçivəsində ölkədə karantin rejiminin tətbiqi və kütləvi toplaşmaların qadağan edildiyi üçün digər təhsil ocaqları kimi Quran tədris mərkəzləri də fəaliyyətini dayandırıb.

Buna görə də İmam Əlinin (ə) hərəminin Quran Mərkəzi bu dərslərin "online" və virtual keçirilməsi üçün kurslar təşkil edib.

Bu kurslarda şagirdlərə tilavətin hökmləri, təcvid, Quran elmləri, Quranın hifzi və Misr üslubu ilə musiqi məqamları öyrədilir.