( 1 Şəvval1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
 Həzrət Zeynəbin (s) hərəmindən Quran tilavəti yayımlanır

Həzrət Zeynəbin (s) hərəmindən Quran tilavəti yayımlanır

Quran tilavəti proqramı Həzrət İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin Dəməşqdəki şöbəsinin təşəbbüsü ilə beynəlxalq dərəcəli Quran qariləri tərəfindən həyata keçirilir.

Həzrət İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin Dəməşqdəki şöbəsinin məsul işçisi Əli Əbulhəsən bu barədə deyib: Suriya Darul-Quran şöbəsi hər il mübarək Ramazan ayında müxtəlif Quran proqramları icra edir. Bu il koronavirusun yaratdığı problem səbəbi ilə insanların evdən kənara çıxmadıqlarına görə Həzrət Zeynəb (ə) hərəminin hər gün bir cüz Quran tilavəti proqramı sosial şəbəkələr üzərində onlayn yayımlanır.

O əlavə edib: Hədəfimiz insanları Qurani-Kərimlə daha çox üns qurmağa təşviq etmək, Quran maarifini yaymaq və insanlara Quranla üns qurmaq üçün istənilən məkanda şərait yaratmaqdır.