( 18 Zilhiccə1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Həzrət Abbas (ə) hərəminin müshəf inin internet nüsxəsi nəşr edildi

Həzrət Abbas (ə) hərəminin müshəf inin internet nüsxəsi nəşr edildi

 

Həzrət Abbas (ə) hərəminin İslami Maarif İşləri İdarəsinin Quran Elmləri Mərkəzi hərmin kitabxanasında saxlanılan "Müshəf"in internet nüsxəsini yüksək keyfiyyətli "word" formatı ilə araşdırmaçıların istifadəsinə verib.

 

Hərəmin Quran elmləri və təfsir mərkəzinin direktoru Şeyx Ziyauddin Zübeydi bu barədə deyib: Həzrət Abbas (ə) hərəminin xidmətçiləri bu nüsxəni İlahi vəhyə və ali humanist dəyərlərə xidmət hədəfi ilə internetdə nəşr edib.

 

O əlavə edib: İraqın "Darul-Kəfil" nəşriyyatə tərəfindən çap edilmiş bu Quran nüsxəsi İraqlı hüsnxətt ustadları tərəfindən yüksək zövq və səliqə ilə kitabət edilib. Müshəf yüksək incəsənət yaradıcılığı ilə çox gözəl şəkildə ərsəyə gətirilib.

 

Müshəfin internet nüsxəsi çox yüksək keyfiyyətlə hazırlanıb. Rahatlıqla oxunur və üzü köçürülür. İstifadəçi sözləri istədiyi qədər böyüdə bilər və bu, keyfiyyətin aşağı düşməsinə səbəb olmur.

 

Ayələrin üzü çıxarılarkən (kopi olunarkən) təhrif və ya təshifin qarşısının alınması üçün söz və hərifin silinməsi imkanı yoxdur, "vav" (və) artikli və vəqf işarələrini ayrılıqda kopi etmək olur.

 

Təcvid işarələri ayəni ümumilikdə kopi edərkən məqsəddə "paste" edilmir (köçürülmür) ki, bu da səhvin qarşısını alır.  

 

Nüsxənin həcmi azdır. Müshəfi endirərkən lazım olan fontlar da komputerə yüklənir. Müshəfi kompüterə endirdikdən və yüklədikdəsn sonra iş səhifəsində "ALQURAN" adlı qısa yol yaranır.