( 8 Rəbiüləvvəl1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Dünyanın ən qədim Quranı

Dünyanın ən qədim Quranı

Dünyanın ən qədim Quranı

Böyük Britaniyada Birminqem Universitetinin kitabxanasında aşkar edilən dünyanın ən qədim Quran fraqmentinin tarixçəsi açıqlanıb.

Mütəxəssislərin bu Quran fraqmentinin 1370 il əvvəl yaradılması ilə bağlı iddiası öz təsdiqini tapıb.

Tapılan fraqmentdə 18-ci surədən 20-ci surəyə kimi olan hissə verilib. Aparılan təhlillər onu göstərib ki, surələr və ayələr qoyun və ya keçi dərisi üzərinə 568-645-ci illər aralığında həkk edilib.

Məhəmməd Peyğəmbər 571-632-ci illərdə yaşadığı üçün hesab edilir ki, bu Quran fraqmentini yazan şəxs Məhəmməd Peyğəmbərin müasiri olub və Peyğəmbəri görmək və ya dinləmək imkanına malik olub.

Həmin fraqmentin daha əvvəl Misirin ən qədim məscidi olan Əmir ibn əl-As məscidində saxlandığı da ortaya çıxıb.

Britaniyalı alimlər əmindirlər ki, Birminqem əlyazmasının eynisi Fransanın Milli Kitabxanasında da mövcuddur.

Birminqem Universitetinin tapıntısına qədər dünyada ən qədim Quran nüsxəsi 7-ci əsrin sonlarına aid əlyazma hesab edilirdi.