( 12 Zilqədə1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Dünyanın ən böyük əlyazması Quran Məşhəddə sərgiləndi

Dünyanın ən böyük əlyazması Quran Məşhəddə sərgiləndi

Qüds Rəzəvi ostanı muzeylərinin direktor müavini Mehdi Qeysəri Nik deyib ki, bu Qurani-Kərim Şahrok Teymuri və Gövhərşad Xatunun oğlu Baysengor Mirzə tərəfindən yazılıb.
Deyerler.org Razavi-yə istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanı muzeyində bu Quranın 65 səhifəsi var. Hər səhifənin ölçüsü 101x177 sm-dir və İslam sivilizasiyasının ən vacib xəttatlıq əsərlərindən biridir.
9-cu hicri qəməri ilində yazılan Qurani-Kərim 98 qeydiyyat nömrəsi ilə Muzeyin əlyazma əsərləri bölməsində yerləşdirilib.
Qeysəri Nik bildirib ki, istəyənlər bu nadir əsərlərə www.digital.aqr.ir və www.museum.razavi.ir saytlarından baxa bilərlər.
Rəzəvi kitabxanasında, muzeyində və arxivində 106 min əlyazma, 65 mindən çox kitab, 13.5 milyon tarixi qeyd, minlərlə əsər və iki milyondan çox jurnal var.
Bundan əlavə, əlyazma və daş çapı ilə 750 Nəhcül Bəlağə kitabı mərkəzdə mövcuddur və bunların 152 nüsxəsi izahatlar və tərcümələrlə işlənmişdir. /deyerler.org