( 1 Şəvval1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
 Bəhreyndə Quran əlyazmaları sərgisi – Foto

Bəhreyndə Quran əlyazmaları sərgisi – Foto

"Menafn" saytının verdiyi xəbərə görə, Bəhreynin Cəfəri İslam Fondu bu ölkənin İslami Memarlıq Mərkəzinin ümumi əlaqələr və media şöbəsinin həmkarlığı ilə Quran mövzusunda ərsəyə gətirilmiş əlyazma hüsnxətt nümunələrini ehtiva edən sərgi təşkil edib.

Mübarək Ramazan ayı boyunca davam edəcək sərgidə Bəhreynin hüsnxətt ustadları Həsən Ali-Heydər və Səlman Əkbərin incəsənət əsərləri nümayiş olunur.

Bu hüsnxətt əsərləri əsasən Qurani-Kərimin peyğəmbərlərin və övliyaların dilindən deyilən dua məzmunlu ayələrini ehtiva edir.

Bəhreynin Cəfəri İslam Fondu yaxın günlərdə Kufi, Süls, Nəsx, Divani və Rüqə xətləri ilə yazılmış 30 civarında hüsnxətt nümunəsini də təqdim edəcək.