( 8 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Beynəlxalq Astronomiya Mərkəzi Ramazan ayı ilə bağlı açıqlama verdi

Beynəlxalq Astronomiya Mərkəzi Ramazan ayı ilə bağlı açıqlama verdi

Hicri-Qəməri tarixi ilə 1442-ci ilin mübarək Ramazan ayı bir çox İslami ölkələrdə 2021-ci ilin Aprel ayının 13-də, həftənin Çərşənbə Axşamı günü başlayacaq.

Bu barədə Beynəlxalq Astronomiya Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu il, astronomik hesablamalara görə, mübarək Ramazan ayı Aprel ayının 13-də başlayacaq və May ayının 12-də bitəcək. Həmçinin Ramazan ayı 30 gün olacaq və FİTR bayramı May ayının 13-də, həftənin Cümə Axşamı günü keçiriləcək.

Beynəlxalq Astronomiya Mərkəzinin "Ərəb Nücum Elmləri Birliyi"nin üzvi İbrahim əl-Cəvran deyib: İstehlal qrupları (yeni ayı (hilal) izləyən heyətlər) Aprel ayının 12-də (Şəban ayının 29-da) Ramazan ayının hilalını izləyəcəklər.

Aprel ayının 12-də İndoneziya, Malaziya, Burunei, İran, Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Liviya, Əlcəzayir, Mərakeş, Mavritaniya və Afrikanın qeyri-ərəb müsəlman ölkələrinin çoxunda Ramazan ayının hilalı müşahidə ediləcək.

İraq, Misr, Türkiyə və Tunisdə mübarək Ramazan ayının hilalı Aprel ayının 11-də, həftənin Bazar günü, izləniləcək.

Astronomik hesablamalara görə Cakarta, Əbu Zəbi, Məkkə, Oman və Qahirədə Aprel ayının 12-də Ramazan ayının hilalını teleskopla da görmək qeyri-mümkün, Ribat və Xortum şəhərlərində isə çox çətin olacaq.

Beynəlxalq Astronomiya Mərkəzi vurğulayıb ki, qeyd edilən tarixlərdə Ramazan ayının hilalını adi gözlə görmək mümkün olmayacaq. Buna görə də hilalı adi gözlə görməyi şərt bilən müsəlman ölkələrində mübarək Ramazan ayının Aprel ayının 14-də başlayacağı gözlənilir.