( 8 Rəbiüləvvəl1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Amerika kitabxanasında Quranın üç qədim əlyazma nüsxəsi saxalınılır - Foto

Amerika kitabxanasında Quranın üç qədim əlyazma nüsxəsi saxalınılır - Foto

Tehran (IQNA) - Amerikanın Nyu York əyalətinin Morqan kitabxanasında saxlanılan Quran nüsxəsi 1580-ci ildə İranın Şiraz şəhərində yazılıb. Digər bir nüsxə Osmanlılar dövrünə (1832) aiddir.

Amerikanın Nyu York şəhərinin kitabxanasında üç qədim Quran nüsxəsi saxlanılır. Bu nüsxələrdən birinin tarixi 500 ildən çoxdur.

ABŞ-ın Nyu York şəhərinin Morqan (The Morgan Library) kitabxanasında saxlanılan Quran nüsxələrindən biri İran Fars əyalətinin Şiraz şəhərində kitabət edilmişdir. 1850-ci ilə yazılan bu nüsxə Fatihə surəsini ehtiva edir.

Qurani-Kərimin əl-İsra surəsini ehtiva edən ikinci nüsxə isə Osmanlı imperiyası dövründə, 1832-ci ildə kitabət edilmişdir.

Digər üçüncü nüsxə isə Hindistanın Kəşmir əyalətinə aiddir. Yaşıl cildli bu Müshəfin isə yazılma tarixi 1800-cü ilə qayıdır.