( 18 Zilhiccə1441 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Kərbəla matəm libasını geyindi: İmam Hüseynin (ə) əza bayrağı qaldırılıb

Kərbəla matəm libasını geyindi: İmam Hüseynin (ə) əza bayrağı qaldırılıb

Həzrət İmam Sadiqin(ə) belə buyurduğu nəql edilmişdir: “Məhərrəm (ayı) hilalı çıxanda mələklər İmam Hüseynin (ə) qanlara bulaşmış köynəyini yayırlar. Biz də onu görürük. Bizi sevənlər də. Amma gözləri ilə deyil bəsirətləri ilə. Yəni duyğularımızı yaşayıb qəlbimizin duyduğu hüznə hüzn saxlayaraq...”.
  İraqın Kərbəla şəhərindəki müqəddəs hərəmlər bu mübarək buyuruşdan hərəkət edərək, Həzrət Əba Əbdillah Hüseynin (ə) müsibətli şəhadətini anmaq üçün işlərə başlayıb. Həzrət İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) hərəmlərində məhərrəm ayını qarşılamaq istiqamətində hazırlıqlara başlanıb. Bu çərçivədə ilk edilən şey, hüznü əks etdirən rəmzlərin asılması olub. Müqəddəs ziyarətgahın dəhlizlərinin hər tərəfi qaralara bürünüb. Bundan başqa, həm hüznlər mövsümünü, həm də Müqəddəs Kərbəlaya matəm keçirmək üçün gələn möhtərəm qonaqları qarşılamaq üçün daha başqa bir çox hazırlıq görülüb.
 
Digər tərəfdən, müqəddəslərin hər il olduğu kimi bu il də çoxlu sayda tədbirdən ibarət xüsusi bir matəm proqramı hazırlayıb. Məhərrəm ayının ilk axşam və işa namazından sonra qızılı günbəzlərin bayraqlarının dəyişdirilməsi mərasimi keçirilib.
 
Artıq milyonlarla zəvvarın iştirakı ilə İmam Hüseyn (ə) hərəminin qara bayrağı qaldılıb